“Atalanta” “Roma”nı minimal hesabla məğlub edib - YENİLƏNİB + VİDEO

4 Yanvar 2026 02:21
232
“Atalanta” “Roma”nı minimal hesabla məğlub edib

İtaliya A Seriyasının 18-ci turunda “Atalanta” və “Roma” arasında keçirilən oyun başa çatdı. Berqamo komandası 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz bildirir ki, oyun Berqamodakı “Stadio Jewiss - Atleti Azzurri d'Italia” stadionunda baş tutub.

Ciorcio Skalvini oyunun yeganə qolunu 12-ci dəqiqədə vuraraq “Atalanta”nın qələbəsini təmin edib. Canluka Skamakka 28-ci dəqiqədə komandanın üstünlüyünü ikiqat artıra bilərdi, lakin VAR araşdırmasından sonra qol sayılmayıb.

Bu matçdan sonra “Atalanta” 25 xalla İtaliya yüksək liqasında səkkizinci, “Roma” isə 33 xalla beşinci yerdədir.

23:27

İtaliya A Seriyasının 18-ci turunun “Yuventus” və “Leççe” arasında keçirilən oyunu başa çatıb. Final fitindən sonra hesab 1:1 olub.

Lamek Banda 45-ci dəqiqədə hesabı açdı və qonaqlara hesabı açıb. Veston Makkenni 50-ci dəqiqədə bərabərlik qolunu vurub. Conatan Devid 66-cı dəqiqədə penaltidən yararlana bilməyib.

Bu oyundan sonra “Yuventus” İtaliya yüksək liqasında 33 xalla beşinci, “Leççe” isə 17 xalla 16-cı yerdədir.

Turun digər oyununda “Sassuolo” “Parma”nı qəbul edib. Oyun 1:1 hesabı ilə qurtarıb.

Tur çərçivəsində həmçinin “Cenoa” “Piza” ilə rastlaşıb. Genuyada keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.

19:28

İtaliya çempionatının 18-ci turunda “Komo” evdə “Udineze”ni məğlub edib.

İdman.Biz bildirir ki, oyun 1:0 hesabı ilə başa çatıb.

Lukas Da Kunya 18-ci dəqiqədə penaltidən qol vurub.

“Komo” Seriya A turnir cədvəlində 30 xalla altıncı, “Udineze” (22 xal) isə 11-ci yerdədir.

“Komo” növbəti oyununu yanvarın 6-da səfərdə “Piza” ilə, bir gün sonra isə “Udineze” Turində “Torino” ilə qarşılaşacaq.

İdman.Biz