“Atletiko Madrid”in hücumçusu Aleksandr Sörlot “Yuventus”un maraq dairəsindədir.
İdman.Biz bu barədə “Football Espana”ya istinadən məlumat verir.
Turin klubu Sörlotu “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədər olan Duşan Vlahoviçin potensial əvəzedicisi kimi görür. İtalyanlar hücumçuya start heyəti təklif etməyə hazırdırlar. “Atletiko” oyunçu üçün 32 milyon avro istəyir.
Daha əvvəl “Liverpul”, “Fənərbağça” və “Qalatasaray”ın da hücumçu ilə maraqlandığı bildirilirdi. Sörlotun Madrid klubu ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bu mövsüm norveçli bütün turnirlərdə “Atletiko”da 22 oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib.
