Superkubokun yarımfinalının təxirə salınması tələb olunur

Xəbərlər
31 Dekabr 2025 19:43
41
Superkubokun yarımfinalının təxirə salınması tələb olunur

Türkiyənin “Qalatasaray” və “Trabzonspor” klubları 5 yanvar tarixində keçirilməsi nəzərdə tutulan Supekubokun yarımfinal qarşılaşmasının vaxtının dəyişdirilməsi üçün Türkiyə Futbol Federasiyasına rəsmi müraciət ediblər.

İdman.Biz xəbər verir ki, hər iki klub federasiyaya ünvanladığı məktubda görüşün mövcud tarixdə keçirilməsinin çətin olduğunu bildirib. Klublar sıx oyun təqvimini, qış mövsümündə gözlənilən əlverişsiz hava şəraitini və komandaların fiziki vəziyyətini əsas səbəblər kimi göstəriblər.

Müraciətdə qeyd olunub ki, mövcud şərtlər altında matçın həm idman keyfiyyəti, həm də təhlükəsizlik baxımından istənilən səviyyədə təşkili çətinləşir və buna görə də qarşılaşmanın daha uyğun tarixə keçirilməsi məqsədəuyğundur.
Türkiyə Futbol Federasiyasının məsələ ilə bağlı yaxın günlərdə yekun qərar verəcəyi gözlənilir. Qurumun qərarından sonra Superkubok yarımfinal mərhələsinin təqvimində dəyişiklik olub-olmayacağı rəsmiləşəcək.

İdman.Biz