FİFA 2026-cı ildən “The Best” mükafatını əvəz edəcək yeni rəsmi futbol mükafatının təsis olunduğunu bildirib.
İdman.Biz bildirir ki, yeni mükafatın təqdimetmə mərasimi Dubay İdman Şurası (Dubai Sports Council) ilə əməkdaşlıq çərçivəsində olacaq.
Tərəflər arasında müvafiq anlaşma memorandumu Dubayda Ümumdünya İdman Sammiti zamanı imzalanıb.
Əməkdaşlıq çərçivəsində FİFA hər il futbolçular, məşqçilər və futbol ictimaiyyətinin digər nümayəndələri arasında ilin ən yaxşılarını mükafatlandırmağı planlaşdırır.
Yeni mükafat təşkilatın yeganə rəsmi fərdi futbol mükafatı olacaq və “The Best”i tamamilə əvəz edəcək.
İlk mükafatlandırma mərasimi 2026-cı ildə Dubayda keçiriləcək.
Qeyd edək ki, “The Best”də son ən yaxşı futbolçu PSJ-nin hücumçusu Usman Dembele seçilib.
