Afrika Millətlər Kuboku: Tunis Tanzaniyaya qalib gələ bilməyib

Xəbərlər
30 Dekabr 2025 22:47
35
Afrika Millətlər Kuboku: Tunis Tanzaniyaya qalib gələ bilməyib

Afrika Millətlər Kubokunun qrup mərhələsinin 3-cü turunun Tanzaniya və Tunis arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Rabat şəhərindəki “Rabat” stadionunda oynayıblar. Oyun heç-heçə ilə başa çatıb – 1:1.

43-cü dəqiqədə Tunisin hücumçusu İsmael Qarbi penaltidən qolla hesabı açıb. 48-ci dəqiqədə Tanzaniyanın yarımmüdafiəçisi Faysal Salum hesabı bərabərləşdirib.

Beləliklə, Tunis xallarını dördə çatdırıb və C qrupunda ikinci yeri tutub. Üç oyundan iki xal toplayan Tanzaniya qrupda üçüncüdür və həmçinin pley-offa yüksəlib.

İdman.Biz