Afrika Kuboku: Nigeriya Uqandanı məğlub edib

Xəbərlər
30 Dekabr 2025 22:18
39
Afrika Kuboku: Nigeriya Uqandanı məğlub edib

Afrika Millətlər Kubokunun qrup mərhələsinin 3-cü turunun Uqanda və Nigeriya arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun “Fes” stadionunda oynanılıb.

Matç 3:1 hesabı ilə Nigeriyanın xeyrinə bitib.

28-ci dəqiqədə Nigeriyanın hücumçusu Pol Onuaçu hesabı açıb. 63-cü dəqiqədə yarımmüdafiəçi Rafael Onyedika Nigeriyanın üstünlüyünü artırıb. Dörd dəqiqə sonra Onyedika ikinci qolunu vurub. 75-ci dəqiqədə yarımmüdafiəçi Rocers Mato hesab arasındakı fərqi azaldıb.

İdman.Biz