“Latsio”nun baş məşqçisi Mauritsio Sarri ürəyindən əməliyyat edilib

Xəbərlər
30 Dekabr 2025 00:09
49
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri ürəyindən əməliyyat edilib

“Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri ürək əməliyyatı keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Ona əvvəllər qulaqcıqların fibrillyasiyası diaqnozu qoyulmuşdu və onun üzərində transkateter ablasiya əməliyyatı aparılıb. Əməliyyatın uğurlu olduğu bildirilir. Məşqçi yaxın günlərdə komanda ilə işləməyə davam edəcək.

Sarri 2021-ci ildən 2024-cü ilə qədər “Latsio”da çalışıb və 2025-ci ilin yayında komandaya qayıdıb. Onun məşqçilik karyerasına “Yuventus”, “Çelsi”, “Napoli” və bir neçə başqa klub da daxildir. O, londonlularla Avropa Liqasını, Turin klubu ilə isə A Seriyasının çempionluğunu qazanıb.

İdman.Biz