“Vest Hem” bu mövsüm ikinci dəfə baş məşqçisini dəyişə bilər

Xəbərlər
29 Dekabr 2025 21:25
42
“Vest Hem” bu mövsüm ikinci dəfə baş məşqçisini dəyişə bilər

“Vest Hem Yunayted” bu mövsüm ikinci dəfə baş məşqçi dəyişikliyini nəzərdən keçirir.

İdman.Biz-in talkSPORT-a istinadən verdiyi məlumata görə, Nunu Espírito Santonun klubdakı gələcəyi zəif nəticələrə görə şübhə altındadır.

Portuqaliyalı məşqçinin rəhbərliyi altında komanda 13 oyun keçirib, cəmi ikisində qalib gəlib, dördündə heç-heçə edib və yeddisində məğlub olub. Nəticədə, “Vest Hem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci yerə düşüb.

Nuno Espírito Santo sentyabrın sonlarında “Vest Hem”də Qrem Potterin yerinə keçib. London klubu növbəti İngiltərə Premyer Liqası oyununu 30 dekabr çərşənbə axşamı günü evdə "Brayton"a qarşı keçirəcək.

İdman.Biz