Əlcəzair və Sudan arasında Afrika Millətlər Kubokunun qrup mərhələsinin matçı başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Mərakeşin Rabat şəhərindəki “Moula El Hassan” stadionunda oynayıblar. Əlcəzair 3:0 hesabı ilə qalib gəlib.
Əlcəzair hücumçusu Riyad Marez komandasını ikinci dəqiqədə irəli çıxarıb. Marez 61-ci dəqiqədə ikinci qolunu vurub. Yarımmüdafiəçi İbrahim Maza 85-ci dəqiqədə daha bir qola imza atıb.
E qrupundakı digər iki komanda Burkina Faso və Ekvatorial Qvineyadır. E qrupunun ikinci və üçüncü turlarının oyunları 28 və 31 dekabrda keçiriləcək.
