Vinisius “Real”dakı gələcəyinə şübhə ilə yanaşır - VİDEO

24 Dekabr 2025 01:16
431
Vinisius “Real”dakı gələcəyinə şübhə ilə yanaşır - VİDEO

“Real Madrid”in cinah hücumçusu Vinisius Junior klubla müqaviləsini yenilənəcəyinə şübhə işə yanaşır.

İdman.Biz-in “El Chiringuito”ya istinadən verdiyi məlumata görə, braziliyalı ilk dəfə olaraq bəzi “Los Blancos” azarkeşlərinin onu dəstəkləmədiyini hiss edib.

Mənbənin məlumatına əsasən, 25 yaşlı futbolçu hazırda klubla 2027-ci ilin yayında başa çatan müqaviləsini yeniləyib-yeniləməməkdə əmin deyil.

Xatırladaq ki, “Real Madrid” azarkeşləri “Sevilya” ilə La Liqa matçında Vinisiusun əvəzlənməsindən sonra meydanı tərk edərkən onu fitə basıblar.

@idman.biz “Real Madrid”in cinah hücumçusu Vinisius Junior klubla müqaviləsini yenilənəcəyinə şübhə işə yanaşır. #realmadrid🤍 #vinisius #muqavile #komanda #klub #idman ♬ оригинальный звук - Idman və Biz
İdman.Biz