Nigeriya və Tanzaniya arasında keçirilən Afrika Millətlər Kubokunun ilk tur matçı başa çatıb.
İdman.Biz bildirir ki, Nigeriya oyunu 2:1 hesabı ilə qazanıb.
Semi Ajayi 36-cı dəqiqədə Nigeriyanı irəli çıxarıb. Çarlz M'Mombva 50-ci dəqiqədə hesabı bərabərləşdiriib. Ademola Lookman 52-ci dəqiqədə Nigeriyanın qələbə qolunu vurub.
C qrupuna Nigeriya, Tanzaniya, Tunis və Uqanda daxildir.
Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Millətlər Kuboku çempionu Kot-d'İvuardır.
