Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadettin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
İdman.Biz bildirir ki, o, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “narkotik maddə əldə etmək” və “narkotik maddənin istifadəsinə şərait yaratmaq” ittihamları ilə əlaqədar ifadə verməyə çağırılmışdı.
Saran ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirildikdən sonra xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
