“Sevilya”nın baş məşqçisi “Real”la oyun barədə: “Dünyanın ən yaxşı üç oyunçusu onların heyətindədir”

Xəbərlər
20 Dekabr 2025 18:53
39
“Sevilya”nın baş məşqçisi “Real”la oyun barədə: “Dünyanın ən yaxşı üç oyunçusu onların heyətindədir”

“Sevilya”nın baş məşqçisi Matias Almeyda La Liqanın 17-ci turunda “Real Madrid”ə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

İdman.Biz bildirir ki, matç bu gecəyarısı start götürəcək.

Almeyda bu mövsüm “Barselona” üzərində qələbə qazansa da, “Real Madrid”in oyun səviyyəsindən ehtiyatla yanaşdığını bildirib. O, Madrid klubunun üç əsas oyunçusuna heyranlığını bildirib: Kilian Mbappe, Vinisius Junior və Cud Bellingem.

“Mənim fikrimcə, "Real Madrid" hazırda dünyanın ən yaxşı üç oyunçusuna malikdir: Vinisius, Mbappe və Bellingem. Onları necə dayandıracağımı bilmirəm, amma çalışacağıq, çünki yaradıcılıq və bacarıqlara malik xüsusi oyunçulardır. Onları nə qədər öyrənsəniz də, həmişə yeni bir şey ortaya çıxaracaqlar”, - deyə Almeyda bildirib.

İdman.Biz