Türkiyə Kuboku: “Qalatasaray” “Başakşehir” minimal hesabla qalib gəlib - VİDEO

Xəbərlər
19 Dekabr 2025 01:26
29
Türkiyə Kuboku: “Qalatasaray” “Başakşehir” minimal hesabla qalib gəlib

Ziraat Türkiyə Kuboku A qrupunun ilk oyununda “Qalatasaray” “Başakşehir”lə qarşılaşıb.

İdman.Biz bildirir ki, Ahmet Kutucunun 22-ci dəqiqədə vurduğu qol sayəsində “Qalatasaray” 1:0 hesablı qələbə qazanıb.

Bu matç iki komandanın Türkiyə Kubokunda qarşılaşdığı dördüncü matç olub.

“Qalatasaray” yarışda “Başakşehir” üzərində ilk dəfə qələbə qazanıb. Digər matçlardan ikisində “Başakşehir” qalib gəlib, biri isə heç-heçə ilə başa çatıb.

İdman.Biz