Transfermarkt onlayn portalı Səudiyyə Ərəbistanı Pro Liqasında oynayan oyunçuların bazar dəyərlərini yeniləyib.
İdman.Biz xəbər verir ki, 40 yaşlı hücumçu və “Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldu may ayındakı yeniləmədən bəri heç bir dəyərini itirməyib. Portuqaliyalı oyunçunun dəyəri 12 milyon avro olaraq qalır.
Qeyd etmək lazımdır ki, Ronaldunun dəyəri 2024-cü ilin dekabrından başlayaraq bir il ərzində 12 milyon avro olaraq saxlanılıb.
Bu mövsüm 40 yaşlı hücumçu bütün yarışlarda 12 oyunda meydana çıxıb, 11 qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Transfermarkt onun bazar dəyərinin hazırda 12 milyon avro olduğunu göstərir.
