Saul “PSJ”yə məğlubiyyətdən sonra “Flamenqo” azarkeşlərindən üzr istəyib

Xəbərlər
18 Dekabr 2025 21:53
48
Saul “PSJ”yə məğlubiyyətdən sonra “Flamenqo” azarkeşlərindən üzr istəyib

“Flamenqo”nun braziliyalı yarımmüdafiəçisi Saul Niges sosial media hesabında 2025-ci il Qitələrarası Kubok finalında “Pari Sen-Jermen”ə məğlub olduqlarına (1:1, penaltilərdə 1:2) görə komandasının azarkeşlərindən üzr istəyib.

İdman.Biz xəbər verir ki, braziliyalı çox vacib bir anda uğursuzluğa düçar olduğu üçün məyusluğunu gizlətməyib.

“Düzünü desəm, dünənki məğlubiyyətdən çox məyus oldum. Amma onu da deməliyəm ki, “Flamenqo”nun bir hissəsi olmaqdan və soyunma otağını bu komandadakı yoldaşlarımla bölüşməkdən çox qürur duyuram. Dünən çox vacib bir anda uğursuz oldum, bəli. Lakin o andan başlayaraq “Flamenqo”ya və milli komandaya layiq olduqlarını vermək üçün əvvəlkindən daha çox çalışıram. Bağışlayın. Bir dəfə “Flamenqo”, həmişə “Flamenqo”, - futbolçu yazıb.

İdman.Biz