MLS çempionu “İnter Mayami” hazırda polşalı hücumçu Robert Levandovskini “Barselona”dan transfer etmək üzərində işləmir.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial media saytında öz mənbəsinə istinadən bildirib.
Mənbənin məlumatına görə, oyunçunun özü hazırda başqa komandaya transfer olunmağı düşünmür və bu mövsüm kataloniyalılar üçün oynamağa diqqət yetirir.
Bu mövsüm Levandovski bütün yarışlarda 17 oyunda meydana çıxıb, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 9 milyon avrodur.
