“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya Superkubokunun yarımfinalında “Napoli” ilə qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb.
İdman.Biz bildirir ki, oyun 18 dekabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Bu, liqa matçları ilə müqayisədə tamamilə fərqli bir oyun olacaq. Superkubok pley-off oyunudur və məqsəd birdir: finala çıxmaq. “Napoli” (ardıcıl iki məğlubiyyətdən sonra) çox qəzəbli olacaq. Onların da bizimlə eyni məqsədi var. Taktiki cəhətdən yaxşı oyun gözləyirik. Konte həmişə çətin anlarda oyunçularının ən yaxşı xüsusiyyətlərini ortaya qoyur, ona görə də yarana biləcək çətinliklərə qarşı zehni olaraq çox yaxşı hazırlaşmalıyıq.
Fofana hazırdır. Bugünkü məşqdən sonra Leaonun vəziyyətini qiymətləndirəcəyik. Saelemaekers komandaya tarazlıq verir - o, həm hücumda, həm də müdafiədə oynayır. Atekame və Yaşari sağalıblar və bizə bir neçə seçim verə bilərlər”, - “Corriere dello Sport” Allegrinin sözlərini sitat gətirir.
