Messi hindistanlılara təşəkkür edib: “Ümid edirəm ki, futbolunuzun parlaq gələcəyi var”

Xəbərlər
17 Dekabr 2025 06:14
41
Messi hindistanlılara təşəkkür edib: “Ümid edirəm ki, futbolunuzun parlaq gələcəyi var”

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi hindistanlı azarkeşlərə ölkə turu zamanı göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edərək müraciət edib.

İdman.Biz bildirir ki, Messinin Hindistan səfəri üç gün davam edib. Futbolçu Kəlküttədə 21 metrdən çox hündürlüyündə olan heykəlinin açılışında iştirak edib.

“Namaste, Hindistan! Dehli, Mumbay, Haydarabad və Kəlküttəyə çox gözəl səfərlər oldu! Səmimi qarşılanma, səxavətli qonaqpərvərlik və səyahətim boyunca mənə göstərdiyiniz bütün sevgi üçün təşəkkür edirəm. Ümid edirəm ki, Hindistanda futbolun parlaq gələcəyi var”, - deyə Messi sosial media hesabında yazıb.

İdman.Biz