İspaniya Kral Kuboku: “Barselona”dan səfərdə inamlı qələbə - YENİLƏNİB + VİDEO

Xəbərlər
17 Dekabr 2025 02:28
44
İspaniya Kral Kuboku: “Barselona”dan səfərdə inamlı qələbə - YENİLƏNİB + VİDEO

Üçüncü divizionda çıxış edən “Qvadalaxar”a ilə “Barselona” arasında keçirilən Kral Kubokunun 1/16 final oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun “blauqrana”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniyalıların danimarkalı müdafiəçisi Andres Kristensen 76-cı dəqiqədə niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun ötürməsi sayəsində hesabı açıb. 90-cı dəqiqədə isə Markus Reşford Lamin Yamalın ötürməsi sayəsində “Barselona”nın üstünlüyünü ikiqat artırıb.

02:10

“Sportinq Xixon” və “Valensiya” arasında keçirilən İspaniya Kral Kubokunun 1/16 final matçı başa çatıb.

İdman.Biz bildirir ki, oyun Xixondakı “El Molinyon” stadionunda keçirilib. Qarşılaşma qonaq komandanın xeyrinə 2:0 hesabı ilə başa çatdı.

Qonaq komandanın yarımmüdafiəçisi Lukas Beltran oyunun ilk qolunu dördüncü dəqiqədə vurub. İkinci hissədə, 48-ci dəqiqədə hücumçu Dani Raba “Valensia”nın üstünlüyünü artıraraq hesabı 2:0 edib.

“Eldense” və “Real Sosyedad” arasında Kral Kubokunun 1/16 final matçı da başa çatıb. Matç “Real Sosyeded”ın xeyrinə 2:1 hesabı ilə başa çatıb.

79-cu dəqiqədə “Real Sosyedad”ın yarımmüdafiəçisi Luka Suçiç hesabı açıb. 81-ci dəqiqədə “Eldense”nin yarımmüdafiəçisi Naço Kintana hesabı bərabərləşdirib. 90+6-cı dəqiqədə futbolçu Pablo Marin “Real Sosiedad”ın qələbə qolunu vurub.

1/16 finalın digər oyunlarında “Elçe” Eybar”ı (1:0), “Deportivo” isə “Malyorka”nı (1:0) məğlub edib.

İdman.Biz