Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı oyunçusu seçilib

Xəbərlər
16 Dekabr 2025 22:08
41
Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı oyunçusu seçilib

Fransanın və PSJ-nin hücumçusu Usman Dembele FİFA tərəfindən 2025-ci ilin oyunçusu seçilib.

İdman.Biz bildirir ki, Dembele ötən mövsüm “Pari Sen-Jermen” ilə Fransa çempionluğunu, Fransa Kubokunu, Fransa Superkubokunu və Çempionlar Liqasını qazanıb.

O, həmçinin Fransa nəhəngi ilə FİFA Klublararası Dünya Kubokunun finalına çıxıb. Dembele həmçinin 2025-ci il “Qızıl Top” mükafatını qazanıb.

Ötən mövsüm 28 yaşlı hücumçu bütün yarışlarda 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

İdman.Biz