La Liqa: Kataloniya klublarının uğuru - YENİLƏNİB + VİDEO

Xəbərlər
14 Dekabr 2025 02:26
51
La Liqa: Kataloniya klublarının uğuru - YENİLƏNİB + VİDEO

La Liqanın 16-cı turunda “Xetafe” “Espanyol”la qarşılaşıb.

İdman.Biz bildirir ki, bərabər keçən qarşılaşmada qonaqlar qapıya daha dəqiq zərbələr endiriblər.

53-cü dəqiqədə “Espanyol”dan Leandro Kabrera Edu Espozitonun ötürməsini başla qapıya göndərərək hesabı 0:1 edib.

Kataloniyalılar 30 xalla beşinci, rəqibləri isə (20 xal) səkkizinci yerdə qərarlaşıblar.

23:46

İspaniya La Liqasının 16-cı turunun “Barselona” və “Osasuna” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Barselonadakı “Spotify Kamp Nou” stadionunda oynayıblar.

Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

“Barselona”nın yarımmüdafiəçisi Rafinya oyunun ilk qolunu 70-ci dəqiqədə vurub. Daha sonra o, 86-cı dəqiqədə ikinci qoluna imza atıb.

İspaniya liqasında oynanılan 17 oyundan sonra “Barselona” 43 xalla turnir cədvəlinə başçılıq edir. “Osasuna” 16 oyundan sonra 15 xalla 16-cı yerdədir.

Turun digər oyununda “Malyorka” “Elçe”ni məğlub edib - 3:1.

Növbəti turda “Barselona” 21 dekabrda səfərdə “Vilyarreal”la, “Osasuna” isə 20 dekabrda “Alaves”lə qarşılaşacaq.

İdman.Biz