“Atletiko Madrid” La Liqanın 16-cı turunda “Valensiya”nı məğlub edib - VİDEO

Xəbərlər
13 Dekabr 2025 19:07
106
“Atletiko Madrid” La Liqanın 16-cı turunda “Valensiya”nı məğlub edib - VİDEO

İspaniya La Liqasının 16-cı turunun “Atletiko Madrid” və “Valensiya” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Madriddəki “Civitas Metropolitano” stadionunda oynayıblar. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

“Atletiko”nun yarımmüdafiəçisi Koke oyunun ilk qolunu 17-ci dəqiqədə vurub. 63-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Lukas Beltran hesabı bərabərləşdirib. 74-cü dəqiqədə hücumçu Antuan Qrizmann ikinci qolu vuraraq meydan sahiblərinə qələbə qazandırıb.

İspaniya liqasında 16 oyundan sonra “Atletiko Madrid” 34 xalla turnir cədvəlində dördüncü yerdədir. “Valensiya” 15 xalla 17-ci yerdədir. “Barselona” turnir cədvəlinə 40 xalla liderlik edir.

Növbəti turda “Atletiko” səfərdə “Jirona” ilə, “Valensiya” isə “Malyorka” ilə qarşılaşacaq.

İdman.Biz