Ronaldu məşhur filmdə rol alacaq

Xəbərlər
13 Dekabr 2025 08:11
70
Ronaldu məşhur filmdə rol alacaq

Amerikalı aktyor və prodüser Vin Dizel sosial media hesabında “Forsaj” franşizasının yeni filmində “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldunun rol alacağını açıqlayıb.

“Hamı ondan (Ronaldunun) “Forsaj”da olub-olmayacağını soruşur... Deməliyəm ki, bu, mütləq olacaq. Biz onun üçün rol yazmışıq”, - deyə Vin Dizel bildirib.

İdman.Biz xəbər verir ki, daha əvvəl “Forsaj” filminin 11-ci hissəsinin 2026-cı ildə çıxacağı bildirilib. Bu filmin franşizadakı sonuncu film olacağı vurğulanıb.

Bu mövsüm Ronaldu bütün yarışlarda 12 oyun keçirib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz