Fransa millisinin keçmiş hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatından əvvəl yığma komandaya qayıdışını istisna etməyib.
İdman.Biz bildirir ki, “Əl-İttihad”ın 37 yaşlı hücumçusu 2022-ci ildə millidə karyerasını bitirdiyini açıqlamışdı.
“Əgər məni (milli komandaya) dəvət etsələr, gələcəyəm. Dünya çempionatında kim oynamaq istəməz ki? Hamı bu yarışda iştirak etmək istəyir. Əgər istəmədiyimi desəm, yalançı olaram”, - “L'Équipe” qəzeti Benzemadan sitat gətirib.
Benzema bütün yarışlarda yığmada 97 oyun keçirib, 37 qol vurub və 20 məhsuldar ötürmə edib.
