Fred Qrim: “Belə qarşılaşmada kiçik səhvlər həlledici ola bilir”

Xəbərlər
11 Dekabr 2025 00:21
44
Fred Qrim: “Belə qarşılaşmada kiçik səhvlər həlledici ola bilir”

“Çox gözəl matç idi. Rəqib də keyfiyyətli qollar vurdu. Onların da şansları var idi”.

İdman.Biz-in məlumatına görə, bunu Niderlandın “Ayaks” komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim “Qarabağ”la oyundan sonra mətbuat konfransında deyib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunun Bakıda keçirilən oyunu 4:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Fasilədən sonra, ikinci hissədə daha yaxşı oynadıq. Hesabda geriyə düşmüşdük. Yekunda qalib gəlməyi bacardıq. “Qarabağ” yaxşı oyun sərgilədi. Belə qarşılaşmada kiçik səhvlər həlledici ola bilir.

Buraya gələn və bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onlar da möhtəşəm idilər. Heyətdə gənc oyunçularımız da var idi. Onlar da pis təsir bağışlamadılar. “Qarabağ”ın güclü və zəif cəhətlərini bilirdik. Məhz bu səbəbdən bu nəticəni qazandıq”.

İdman.Biz