Paulo Dibala “Roma”da qalmaq istəyir

Xəbərlər
9 Dekabr 2025 22:22
36
Paulo Dibala “Roma”da qalmaq istəyir

“Roma”nın argentinalı hücumçusu Paulo Dibala hazırkı klubunda qalmaq istəyir.

Bu barədə İdman.Biz La Repubblica-ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oyunçu gələcəyini Argentina liqası ilə əlaqələndirən şayiələrdən təəccüblənir və komanda rəhbərliyinə qalmaq istədiyini bildirib.

Bu arada, “Roma”nın idman direktoru Frederik Massara hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib. Massara komandanın orta yaşını aşağı salmaq istəyir, lakin o, həmçinin Dibalanı layihənin bir hissəsi hesab edir. Lakin bu, onun hazırkı illik 8,5 milyon avrodan xeyli maaşının azaldılmasını tələb edəcək.

Dibalanın “Roma” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

İdman.Biz