“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumçu Erlinq Holand haqqında danışıb.
İdman.Biz xəbər verir ki, norveçli bu mövsüm “Mançester Sitiqdə bütün yarışlarda 15 oyun keçirib, 19 qol vurub və bir məhsuldar ötürmə edib.
“O, bu nəslin istedadıdır. Onun bədən quruluşu, sürəti və qol vurma instinktləri onu unikal edir. Belə fenomen bir neçə nəsildə bir dəfə ortaya çıxır”, - Qvardiola deyib.
Holandın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 180 milyon avrodur.
