“Bavariya”nın qapıçısı Ulrayx mövsümün sonunda karyerasını başa vuracaq

Xəbərlər
20 Noyabr 2025 19:56
38
“Bavariya”nın qapıçısı Ulrayx mövsümün sonunda karyerasını başa vuracaq

“Bavariya”nın qapıçısı Sven Ulrayx cari mövsümün sonunda karyerasını başa vuracaq.

İdman.Biz bu barədə klubun sosial media hesabına istinadən məlumat verir.

Futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir və heç bir tərəf müqaviləni uzatmayacaq. Mənbənin məlumatına görə, qapıçı klubda fərqli bir rolda qalacaq.

“Ştutqart”ın gənclər sisteminin yetirməsi olan Sven Ulrayx 2015-ci ildən 2020-ci ilə qədər “Bavariya”da oynayıb, daha sonra “Hamburq”a keçib. O, 2021-ci ildə Münhen klubuna qayıdıb. Ulrayx “Bavariya” ilə səkkiz Almaniya çempionluğu, üç Almaniya Kuboku və altı Almaniya Superkubokunu qazanıb. O, həmçinin Münhen klubu ilə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

İdman.Biz