Nuri Şahin Rusiya klubuna baş məşqçilik edə bilər

Xəbərlər
18 Noyabr 2025 06:10
27
Nuri Şahin Rusiya klubuna baş məşqçilik edə bilər

Türk əsilli almaniyalı Nuri Şahin Moskva “Dinamo”sunun baş məşqçisi vəzifəsinə namizədlərdən biridir.

İdman.Biz bu barədə “Sport-Express”ə istinadən xəbər verir.

Dünən Valeri Karpin Moskva klubundan ayrıldığını açıqlayıb.

37 yaşlı Şahin sentyabr ayından bəri Türkiyənin “İstanbul Başakşehir” komandasına rəhbərlik edir. Almaniyalı məşqçi 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarına qədər “Borussiya Dortmund”da çalışıb.

“İstanbul Başakşehir” hazırda 12 oyundan sonra Türkiyə liqasında 12-ci yerdədir.

İdman.Biz