DÇ-2026: Bosniya, Kosovo və Yunanıstanın qalibiyyəti - VİDEO

Xəbərlər
16 Noyabr 2025 02:24
32
DÇ-2026: Bosniya, Kosovo və Yunanıstanın qalibiyyəti - VİDEO

DÇ-2026-nın seçmə mərhələsində B qrupunda yarışan Sloveniya Kosovonu qəbul edib.

İdman.Biz bildirir ki, görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb .

Qolları 6 və 64-cü dəqiqələrdə Fisnik Aslaniylə Jan Karniçnik vurublar.

Bu oyundan sonra Kosovo B qrupunda 10 xalla ikincidir, Sloveniya isə üç xalla üçüncü pillədədir.

H qrupunda Bosniya və Herseqovina Rumınıyanı qonaq edib.

Rumınlardan Daniel Bırlicanın 17-ci dəqiqədə vurduğu qola bosniyalılar 49, 79, və 90+4-də Edin Ceko, Esmir Bayraktareviç və Haris Tabakoviçin qolları ilə cavab veriblər – 3:1.

Bosniya və Herseqovina 16 xalla qrup ikincisidir. Rumıniua 10 xalla üçüncüdür.

C qrupunda Şotlandiya səfərdə Yunanıstanla qarşılaşıb.

Oyunda hesabı 7-ci dəqiqədə meydan sahiblərindən Anastasios Bakasetas açıb. 57-ci dəqiqədə Konstantinos Karetsas yunanların ikinci qolunu vurub. 63-cü dəqiqədə Xristos Dzolis üçüncü topu şotlandların qapısından keçirib. 65-ci dəqiqədə Ben Douk toplardan birinin əvəzini çıxıb. 70-ci dəqiqədə isə Rayan Kristi oyunun yekun nəticəsini müəyyən edib – 3:2.

Bu görüşdən sonra Şotlandiya 10 xalla qrupda ikinci yerdədir. Yunanıstan 6 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz