Levandovskinin “Barselona”dan ayrılmaq və karyerasını bitirmək planı yoxdur

Xəbərlər
15 Noyabr 2025 01:03
30
Levandovskinin “Barselona”dan ayrılmaq və karyerasını bitirmək planı yoxdur

Hücumçu Robert Levandovskinin qarşıdan gələn yay transfer pəncərəsində “Barselona”dan ayrılmaq planı yoxdur.

İdman.Biz bildirir ki, məlumatı sosial mediada insayder Florian Plettenberq yayıb.

Məlumata əsasən, 37 yaşlı polşalı hücumçu da bu yay klubdan ayrılmağı düşünmür.

Bu mövsüm forvard “Barselona”da 12 oyunda meydana çıxıb və yeddi qol vurub.

Daha əvvəl mediada İtaliyanın “Milan” və Türkiyənin “Fənərbaxça” klublarının oyunçuya maraq göstərdiyi bildirilirdi.
Robert Levandovskinin “Barselona” ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

İdman.Biz