“Barselona”nın kapitanı “Beşiktaş”a keçə bilər

Xəbərlər
15 Noyabr 2025 04:03
22
“Barselona”nın kapitanı “Beşiktaş”a keçə bilər

“Beşiktaş” onu Türkiyə klubuna keçməyə razı salmaq üçün “Barselona” ilə, eləcə də komandanın qapıçı və kapitan Mark-Andre ter Ştegen ətrafındakı heyətlə əlaqə saxlayıb.

İdman.Biz bu barədə Sport.es-ə istinadən məlumat verir.

Məlumata görə, “Beşiktaş” almaniyalı qapıçını cari mövsümün sonuna qədər bu qış icarəyə götürmək istəyir. Türkiyə komandası ter Ştegenin maaşının bir hissəsini ödəməyə hazırdır.

Hazırda 33 yaşlı futbolçu “Barselona”dakı gələcəyi ilə bağlı qərar verməyib. Ter Ştegen hazırda zədəsini sağaldır. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz