DÇ-2026-nın seçmə mərhələsinin İngiltərə və Serbiya arasında keçirilən qrup mərhələsinin oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Londondakı “Uembli” stadionunda oynayıblar. Meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.
İngiltərə millisinin yarımmüdafiəçisi Bukayo Saka matçın ilk qolunu 28-ci dəqiqədə vurub. 90-cı dəqiqədə yarımmüdafiəçi Ebereçi Eze Meydan sahiblərinin ikinci qolunu vuraraq hesabı 2:0 edib.
Bu qrupun digər oyununda Albaniya səfərdə Andorradan üstün olub - 1:0.
Serbiya yeddi oyundan 10 xalla K qrupunda üçüncüdür. İkinci yerdə qərarlaşan Albaniya millisinin 14 xalı var. İngiltərə 21 xalla birincidir. Onlar artıq mundiala vəsiqələrini təmin ediblər. Andorra 1 xalla sonuncu yerdədir.
