“Fransa – Ukrayna oyununu izləyəcəyəm”.
İdman.Biz bildirir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson Azərbaycanla oyundan sonrakı mətbuat konfransında D qrupunun digər oyunu barədə deyib.
Azərbaycan - İslandiya matçı rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.
“Ümidvaram ki, Fransa qələbə qazanar. Belə olanda son oyunda heç-heçə də kifayət edəcək. Ukrayna bu gün xal qazansa, artıq qalib gəlməli olacaq. Ümid edirəm ki, Kilian Mbappe bizi sevindirəcək”, - Qunnlauqson bildirib.
Fransa - Ukrayna matçı Bakı vaxtı ilə 23:45-də başlayıb.
