Ukrayna millisinin qapıçısı İngiltərənin aparıcı klubuna keçə bilər

Xəbərlər
11 Noyabr 2025 11:42
22
Ukrayna millisinin qapıçısı İngiltərənin aparıcı klubuna keçə bilər

Ukrayna millisinin qapıçısı Andrey Lunin yaxın vaxtlarda hazırkı klubunu tərk edə bilər.

İdman.Biz "El Nacional" portalına istinadən məlumat verir ki, futbolçu oyun praktikasının azlığı səbəbindən komandadan ayrılmaq variantını nəzərdən keçirir.

Onun karyerasını davam etdirə biləcəyi əsas istiqamətlərdən biri İngiltərə Premyer Liqasıdır. Luninlə “Mançester Yunayted” və “Çelsi” klublarının maraqlandığı bildirilir.

Bundan əlavə, məlumatda qeyd olunur ki, ukraynalı qapıçı uğrunda mübarizəyə daha bir Premyer Liqa təmsilçisi - Londonun “Tottenhem” klubu da qoşulub. Andrey Lunin hazırda çıxış etdiyi "Real"(Madrid) klubunda vaxtını ehtiyat oyunçular skamyasında keçirir.

İdman.Biz

Məqalədə: