İngiltərə Premyer Liqası: “Everton” və “Vest Hem”dən qalibiyyət

Xəbərlər
9 Noyabr 2025 00:39
27
İngiltərə Premyer Liqası: “Everton” və “Vest Hem”dən qalibiyyət

İngiltərə Premyer Liqasının 11-ci turunda “Everton” öz meydançasında “Fulhem”i 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, İdrissa Geye hesabı 45+4-cü dəqiqədə açıb. Maykl Kin 81-ci dəqiqədə komandasının üstünlüyünü artırıb.

“Everton” 15 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci yerə yüksəlib. 11 xallı “Fulham” 15-ci yerdədir.

Digər matçda “Vest Hem” “Bernli”ni 3:2 hesabı ilə məğlub edib. “Vest Hem” (10 xal) liqada 18-ci yerdə, “Bernli” (10) isə onlardan bir pillə yuxarıdadır.

İdman.Biz