Filip Foden Çempionlar Liqasında həftənin oyunçusudur

Xəbərlər
6 Noyabr 2025 20:03
34
Filip Foden Çempionlar Liqasında həftənin oyunçusudur

“Mançester Siti”nin hücumçu yarımmüdafiəçisi Filip Foden Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

İdman.Biz bu barədə turnirin mətbuat xidmətinə istinadən məlumat verir.

İngilis futbolçu 4-cü turda “Borussiya Dortmund”la oyunda iki qol vurub. Yarımmüdafiəçinin dublu “Siti”yə “Borussiya”nı 4-1 hesabı ilə məğlub etməyə kömək edib.

Səsvermədə Foden “Ayaks” üzərində 3:0 hesablı qələbədə het-trik edən “Qalatasaray”ın hücumçusu Viktor Osimhen, “Barselona” ilə 3:3 hesablı heç-heçədə iki qol və bir məhsuldar ötürmə edən “Brügge”nin canah oyunçusu Karluş Forbş və “Slaviya Praqa” üzərində 3:0 hesablı qələbədə iki qol vuran “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merinonu geridə qoyub.

Ümumilikdə, Foden cari Çempionlar Liqasında üç oyun keçirib və iki qol vurub.

İdman.Biz