İtaliyanın “Milan” və “İnter” klubları ev oyunlarını keçirdikləri stadionu və ətrafındakı ərazini satın alıblar.
İdman.Biz xəbər verir ki, indiyədək Milan bələdiyyəsinə məxsus olan stadion söküləcək və onun yerində yeni arena tikiləcək.
Layihəyə görə, arena Milanın yeni memarlıq simvollarından birinə çevriləcək. Kompleksin tərkibində idman və mədəniyyətyönümlü yeni mərkəz də yaradılacaq.
Yeni arena 71 500 tamaşaçı tutumuna malik olacaq. Stadion iki böyük tribunadan ibarət olacaq və elə inşa ediləcək ki, bütün sektorlar meydanı optimal bucaqdan izləməyə imkan versin.
Qeyd edək ki, stadion “Milan”ın ev oyunları zamanı “San Siro”, “İnter”in matçları zamanı isə “Cüzeppe Meatsa” adlanır.
