2028 və 2029-cu illərdə Çempionlar Liqasının final oyunlarına ev sahibliyi etəmək istəyən stadionlar açıqlanıb

Xəbərlər
2 Noyabr 2025 08:04
59
2028 və 2029-cu illərdə Çempionlar Liqasının final oyunlarına ev sahibliyi etəmək istəyən stadionlar açıqlanıb

UEFA rəsmi saytında 2028 və 2029-cu il avrokubok yarışlarının finallarına ev sahibliyi etmək üçün təkliflər aldığını açıqlayıb.

İdman.Biz-in məlumatına görə, bu yekun siyahı deyil, təqdimat üçün son tarix 10 iyun 2026-cı ildir.

Hazırda yalnız “Arena Münhen” 2027/2028 Çempionlar Liqası finalına ev sahibliyi etmək üçün iddia edir. Bu stadion əvvəllər 2012 və 2025-ci illərdə bu turnirin final oyunlarına ev sahibliyi edib.

“Kamp Nou” və “Uembli” 2028/2029 Çempionlar Liqası finalına ev sahibliyi etmək üçün iddia edirlər. Kataloniya stadionu 1989 və 1999-cu illərdə Çempionlar Liqası finallarına, London arenası isə 1963, 1968, 1971, 1978, 1992, 2011, 2013 və 2024-cü illərdə Çempionlar Liqası finallarına ev sahibliyi edib.

İdman.Biz