“İnter”in və İtaliya millisinin keçmiş oyunçusu Marko Materassi Hindistanın “Çennaiyin” klubundan sonra məşqçilik karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.
İdman.Biz bildirir ki, keçmiş müdafiəçi 2014-cü ildən 2017-ci ilə qədər komandaya rəhbərlik edib.
“Hindistanda məşqçi kimi fəaliyyətə yeni başlayanda insanlar da öyrənmək istəyirdilər. Üç illik müqaviləm var idi, amma müqavilə müddəti bitəndə bəzi insanlar artıq məndən daha yaxşı məşqçi olduqlarını düşünürdülər. Ona görə də onlara “təşəkkür edirəm, sağ olun” dedim və evə qayıtdım.
O anda ətrafımda mənim əvəzimdən işimi görmək istəyən insanlar olanda öz-özümə dedim ki, bəlkə də İtaliyada ailəmin yanında olmağım daha yaxşı olar. Belə də etdim.
Mənə lazımdır ki, özümü 100% işə həsr edim. Həmişə prosesə görə məsuliyyət daşımaq istəyirdim ki, arxamda əlavə insanlar olmasın, yalnız mən olum”, - Materassi bildirib.
