“Barselona” “Real”ın Yamala qarşı qarayaxma kampaniyası təşkil etdiyinə inanır

Xəbərlər
28 Oktyabr 2025 20:17
37
“Barselona” “Real”ın Yamala qarşı qarayaxma kampaniyası təşkil etdiyinə inanır

“Barselona” “Real Madrid”in kataloniyalıların 18 yaşlı hücumçusu Lamin Yamala qarşı qarayaxma kampaniyası təşkil etdiyindən şübhələnir.

İdman.Biz bu barədə “Sport.es”ə istinadən məlumat verir.

Məlumata görə, Kataloniya klubu “Real”ın Lionel Messinin əvvəllər etdiyi kimi, Yamalın meydanda onlara problem yarada biləcəyindən narahat olur. Bu səbəbdən “Barselona” 18 yaşlı futbolçunu qorumaq üçün əlindən gələni etmək niyyətindədir.

“Blauqrana” həmçinin son “El-Klasiko” hadisələri kontekstində Yamal haqqında hər hansı bir söhbətə ən qısa müddətdə son qoymağı planlaşdırır. “Barselona” hesab edir ki, “səhifəni çevirməyin” və hücumçunun zədədən sağalmasına diqqət yetirməyin vaxtıdır.

İdman.Biz