A Seriyası: “Kremoneze” - “Atalanta” oyunu heç-heçə başa çatıb

Xəbərlər
26 Oktyabr 2025 00:51
38
A Seriyası: “Kremoneze” - “Atalanta” oyunu heç-heçə başa çatıb

İtaliya A Seriyasının 8-ci turunda “Kremoneze” (Kremona) və “Atalanta” (Berqamo) arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar 1-1 hesablı heç-heçə ediblər.

Ceymi Vardi 78-ci dəqiqədə meydan sahiblərini irəli çıxarıb. Bu, onun Seriya A-dakı ilk qolu olub. Marko Breşianini 84-cü dəqiqədə bərabərlik qolunu vurub.

Bu oyundan sonra “Kremoneze” 11 xalla İtaliya çempionatının turnir cədvəlində 10-cu, “Atalanta”" isə 12 xalla yeddinci yerdədir.

Növbəti turda “Kremoneze” 29 oktyabrda “Cenoa” ilə, “Atalanta” isə 28 oktyabrda “Milan”la qarşılaşacaq.

İdman.Biz