“Monako” gərgin keçən oyunda “Tuluza”nı məğlub edib

Xəbərlər
25 Oktyabr 2025 23:27
46
“Monako” gərgin keçən oyunda “Tuluza”nı məğlub edib

Fransa Liqa 1-in 9-cu turunda “Monako” və “Tuluza” qarşılaşıblar.

İdman.Biz bildirir ki, komandalar Monakodakı “Stade Lui II” stadionunda oynayıblar.

Meydan sahibləri 1-0 hesablı qələbə qazanıblar.

Oyunun yeganə qolunu üçüncü dəqiqədə müdafiəçi Məhəmməd Salisu vurub.

Bu qələbə “Monako”ya Fransa çempionatının turnir cədvəlində üçüncü yerə yüksəlməyə imkan verib. Komandanın hazırda 17 xalı var.

“Tuluza” doqquz oyundan 13 xalla səkkizinci yerdədir.

İdman.Biz