“Çelsi” “Bavariya"nın mərkəz müdafiəçisi Dayo Upamekanonu transfer etməkdə maraqlıdır.
İdman.Biz bu barədə “Bild”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 26 yaşlı fransız futbolçu ilə “Real Madrid”, “İnter Milan” və “Liverpul” da maraqlanır.
Münhen klubu mümkün transfer haqqını 60 milyon avro qiymətləndirir. Lakin Upamekanonun müqaviləsi bitdikdən sonra 2026-cı ilin yayında “Bavariya”nı pulsuz tərk etmə riski var.
Bu mövsüm müdafiəçi bütün yarışlarda 16 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 60 milyon avrodur.
