Kipr klubu İngiltərədən qalib ayrılıb - VİDEO

Xəbərlər
24 Oktyabr 2025 01:31
53
Kipr klubu İngiltərədən qalib ayrılıb - VİDEO

Konfrans Liqasında ikinci turda “Kristal Palas” “AEK Larnaka” ilə üz-üzə gəlib.

İdman.Biz bildirir ki, oyun Londondakı “Selhurst Park”da baş tutub.

AEK-in hücumçusu Riyad Bajiç matçın yeganə qolunu 51-ci dəqiqədə vurub – 0:1.

Növbəti turda “Kristal Pelas” “AZ Alkmaar” ilə, AEK isə “Aberdin”lə qarşılaşacaq.

Konfrans Liqasının digər oyunlarında:

İrlandiyanın “Şemrok Rovers” komandası evdə Sloveniyanın “Selje” komandasına 2-0 hesabı ilə məğlub olub.

Almaniyanın “Maynz 04” komandası evdə Bosniya və Herseqovinanın “Zrinski” klubunu 1-0 hesabı ilə məğlub edib.

Rumıniyanın “Universitatya Krayova” komandası Ermənistanın “Noa” klubu ilə heç-heçə edib – 1:1.

Cəbəllütariqin “Linkoln Red Imps” klubu Polşanın “Lex Poznan”ı ilə oyunda 2-1 hesablı qələbə qazanıb.

Maltanın “Hamrun Spartans” komandası evdə İsveçrənin “Lozanna-Sport” klubuna 1-0 hesabı ilə məğlub olub.

Çexiyanın “Siqma” və Polşanın “Rakov” klubları 1-1 hesabı ilə heç-heçə ediblər.

İdman.Biz