UEFA Avropa Liqasının 3-cü turunda Niderlandın “Qo Ehed İqls” klubu “Aston Villa”nı qəbul edib.
İdman.Biz bildirir ki, oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Dördüncü dəqiqədə Evann Quessan qonaqları hesabda önə keçirib, 42-ci dəqiqədə Matis Süre hesabı bərabərləşdirib. 61-ci dəqiqədə isə Mats Deyl qələbə topunu vurub.
Bu oyundan sonra “Qo Ehed İqls” altı xal toplayıb, “Aston Villa”nın da altı xalı var.
Növbəti turda “Qo Ehed İqls” noyabrın 6-da səfərdə “Zalzburq”la, “Aston Villa” isə həmin gün “Makkabi Təl-Əviv”lə oynayacaq.
Bu gün həmçinin Norveçin “Brann” klubu Şotlandiya “Reyncers”ini qəbul edib.
Görüş 3:0 norveçlilərin xeyrinə başa çatıb.
Qolları Emil Kornviq (40), Yakob Lungi Sörensen (55) və Noa-Jan Holm (79) vurublar.
“Brann”ın bu qələbədən sonra 6 xalı var. “Reyncers” 0 xalla sonuncu yerdədir.
Belçikada isə yerli “Genk” “Betis”lə üz-üzə gəlib. Qarşılaşmada qol vurulmayıb.
“Genk” üç oyundan sonra 4, “Betis” isə 5 xal toplayıb.