“Bolonya”nın baş məşqçisi pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Xəbərlər
21 Oktyabr 2025 21:35
29
“Bolonya”nın baş məşqçisi pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib

“Bolonya”nın baş məşqçisi Vinçenzo İtalyano pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun komandasının Avropa Liqası və A Seriyasında növbəti iki oyununu buraxacağı gözlənilir.

İdman.Biz-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

O, “Sant'Orsola Malpighi” Ümumi Xəstəxanasında müalicə olunur. İtalyanonun vəziyyəti getdikcə yaxşılaşır, lakin o, Avropa Liqasında oktyabrın 23-də FKSB ilə, A Seriyasında isə oktyabrın 26-da “Fiorentina” ilə görüşdə komandasını çalışdıra bilməyəcək.

Avropa Liqasında iki oyundan sonra bir xalı olan “Bolonya” turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. A seriyasında klub 13 xalla 5-ci yerdədir.

İdman.Biz