Türkiyənin həvəskarlar liqasının qapıçısı məşq zamanı vəfat edib

Xəbərlər
21 Oktyabr 2025 20:47
28
Türkiyənin həvəskarlar liqasının qapıçısı məşq zamanı vəfat edib

Türkiyənin həvəskarlar liqasında çıxış edən “Bandırma Sənayespor”un qapıçısı Oğuzhan Kamacı məşq zamanı dünyasını dəyişib.

İdman.Biz “HT Spor”a istinadən xəbər verir ki, qapıçı məşq zamanı seyvlər edərkən halı pisləşib.

Kamacının komanda yoldaşları təcili yardım çağırıb və həkimlər qolkiperə infarkt diaqnozu qoyublar. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bandırmadakı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı istintaq başladılıb, meyiti yarılma üçün Bursa Məhkəmə Tibbi Ekspertiza qurumuna göndərilib.

İdman.Biz