İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Pol Qaskoyn əmindir ki, içkini ata bilməyəcək.
İdman.Biz bildirir ki, 58 yaşlı Qaskoyn uzun müddət “Nyukasl Yunayted”, “Tottenhem” və “Qlazqo Reyncers” klublarının şərəfini qoruyub.
“Cimmi Qrivz içkini atdı, amma o, Cimmi Qrivzdir. Mən Cimmi Qrivz və ya Corc Best deyiləm. Mən anama, atama və ya ictimaiyyətə nifrət etdiyim üçün içmirəm. Elə deyil. Mən bunu elə-belə edirəm.
Bəlkə sonra peşman olacağam. Amma dünəni düşünmürəm, sabahı düşünmürəm. Mən yalnız bu günü düşünürəm və bu günü yaşayıram.
Dəyişməmişəm, dəyişə bilmirəm, bunu necə etməyi da bilmirəm. Mən yəqin ki, elə Qazza kimi də öləcəyəm. Amma gizlədəcək heç nəyim yoxdur. İndi bütün ölkə mənim nə etdiyimi bilir.
İçmək istədiyim üçün içdim, sonra da nəticələrinə peşman oldum. İndi çox içəndə daha əvvəlki kimi həftələrlə içmirəm.
Geriyə baxanda düşünürəm ki, yəqin ki, valideynlərimi çox incitmişəm. Amma sən bu haqda düşünmürsən. Ən çox incitdiyin elə özünsən”, - eks-futbolçu deyib.
“Qazza” ləqəbli Pol Qaskoyn İngiltərə millisindən 57 oyun keçirib və 10 qol vurub.